İspaniya Bolqarıstan matçında iştirak etməyəcək

13.10.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İspaniya millisi ciddi itki ilə üzləşib.

QOL.az xəbər verir ki, “Barselona”nın hücumçusu Ferran Torres sabah keçiriləcək Bolqarıstanla oyunda forma geyinməyəcək.

Xarici KİV yazır ki, 24 yaşlı futbolçuda əzələ problemi aşkarlanıb və o, bu səbəbdən heyətdən kənarda qalacaq.

Qeyd edək ki, Torres cari mövsümdə La Liqada 8 oyunda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 

Xatırladaq ki, sabah keçiriləcək İspaniya - Bolqarıstan matçı Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью