İspaniya britaniyalıların ölkədə ev almasını məhdudlaşdırır AZƏRTAC

14.01.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

London, 14 yanvar, AZƏRTAC

İspaniya hökuməti ölkədə artmaqda olan mənzil böhranını aradan qaldırmaq məqsədilə, britaniyalıların İspaniyada mənzil almasını çətinləşdirəcək ciddi islahatlar elan edib.

AZƏRTAC xəbər verir ki, Baş nazir Pedro Sançes hökumətin 12 maddədən ibarət yeni tədbirlər paketi təqdim etdiyini açıqlayıb.Təkliflərdən biri İspaniyada yaşamağa icazəsi olmayan Aİ-yə üzv olmayan vətəndaşların, o cümlədən britaniyalıların, mənzil alması zamanı yeni vergi tətbiq edilməsidir. Hökumət xarici vətəndaşlardan alınan vergini əmlakın dəyərinin 100 faizinə qədər artırmağı planlaşdırır.

Hazırda İspaniyada mənzil alanlar, əmlakın dəyərinin 10-12 faizi arasında dəyişən xərclər və vergilər ödəyirlər. Bu, mənzilin yerləşdiyi bölgədən asılı olaraq dəyişir. Pedro Sançes qeyd edib ki, yeni tariflər sakinlər üçün mənzil əlçatanlığını prioritetləşdirmək məqsədi daşıyır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью