İspaniya DÇ 2026 nın seçmə oyununda Gürcüstanı darmadağın edib VİDEO

15.11.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

DÇ-2026-nın seçmə mərhələsində Gürcüstan və İspaniya arasında oyun başa çatıb.

İdman.Biz bildirir ki, oyun Tbilisidəki “Boris Payçadze” adına stadionda baş tutub. Hazırkı Avropa çempionları 4:0 hesabı ilə qalib gəliblər.

Hücumçu Mikel Oyarsabal 11-ci dəqiqədə penaltidən hesabı açıb. Yarımmüdafiəçi Martin Subimendi 22-ci dəqiqədə ikinci qolu vurub. Hücumçu Ferran Torres 35-ci dəqiqədə üçüncü qola imza atıb. İkinci hissədə Oyarzabal 63-cü dəqiqədə özünün ikinci qolunu vurub – 4:0.

Beş oyundan sonra Gürcüstan millisi üç xala sahibdir və E qrupunda üçüncüdür. İspaniya beş oyunda 15 xal qazanıb və birinci yerdədir.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью