Icma.az bildirir, Apasport saytına əsaslanaraq.
2026-cı il dünya çempionatı öncəsi keçirilən yoxlama oyununda Peru ilə İspaniya üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, Meksikanın Puebla şəhərində, "Estadio Cuauhtémoc" stadionunda baş tutan görüş İspaniyanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Mikel Oyarzabal 2-ci dəqiqədə hesabı açıb. 32-ci dəqiqədə Pedri fərqi artırıb. İkinci hissənin əvvəlində Peru qapıçısı Pedro Gallese avtoqol müəllifi olub. Meydan sahibləri yalnız 66-cı dəqiqədə Jairo Velez ilə fərqi azaltmağa nail olublar: 1:3.
Qeyd edək ki, İspaniya DÇ-2026-da ilk oyununu 15 iyunda Kape Verdeyə qarşı keçirəcək.
“Feyenoord” istəyir – Qlazner “Milan”ı gözləyir Aziz Yıldırım rəsmən işə başlayır – Mandat mərasimi çərşənbə günü "Real"ın yeni hədəfi: Perez "Atletiko"nun ulduzunu istəyir Meydanda qorxutmuşdu – Eriksendən müsbət xəbər Kloppun meneceri əsəbiləşdi – “Axmaq xəbərlərdən çox narahatam”