Icma.az bildirir, Apasport portalına istinadən.
İspaniya Futbol Federasiyası milli komandanın baş məşqçisi Luis de la Fuentenin müqaviləsini uzatmağı planlaşdırır.
Apasport.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədə olan 64 yaşlı mütəxəssislə razılaşmanın 2030-cu ilədək uzadılması nəzərdə tutulur. Tərəflər arasında danışıqların müsbət yekunlaşacağı gözlənilir.
Qeyd edək ki, Luis de la Fuente 2022-ci ilin dekabrında İspaniya millisinin baş məşqçisi təyin olunub. O, yığmanı 2023-cü ildə UEFA Millətlər Liqasının, 2024-cü ildə Avropa çempionatının, 2026-cı ildə isə dünya çempionatının qalibi edib. İspaniya onun rəhbərliyi altında 2025-ci il Millətlər Liqasında da gümüş medal qazanıb.
Vinçenzo Montellaya ağır itki – Bacısı vəfat etdi Aquero: "Messi DÇ finalında Skaloni ilə mübahisə edib" Asensio "Real"dan ayrıla bilər – Gedişinə yaşıl işıq Belçika millisində yeni dövr – Post Van Bommelə tapşırılır “Çelsi” klub tarixinin ən bahalı transferini reallaşdırdı