İspaniya dünya çempionu oldu, İlham Əliyev Krala qələbə təbriki göndərdi

20.07.2026

Icma.az, Sportal.az saytına istinadən bildirir.

Prezident İlham Əliyev İspaniya Kralı VI Felipeyə təbrik məktubu ünvanlayıb.

Sportal.az xəbər verir ki, məktubda deyilir:

“Əlahəzrət,

2026 FIFA Dünya Kubokunda İspaniya milli futbol komandasının möhtəşəm qələbəsi və ikinci dəfə dünya çempionu adını qazanması münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Futbol üzrə dünya birinciliyinin oyunlarında yüksək ustalıq, böyük əzmkarlıq və sarsılmaz iradə nümayiş etdirərək azarkeşlərinə unudulmaz anlar və hədsiz sevinc bəxş etmiş İspaniya futbolçularına ən səmimi təbriklərimi yetirir, onlara yeni-yeni uğurlar arzulayıram”.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью