İspaniya erkən seçkilərə hazırlaşır: Namizədlər üz üzə gəldi

21.11.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

İspaniyada noyabrın 29-da keçiriləcək növbədənkənar ümumi seçkilərdən əvvəl Baş nazir Pedro Sançez və əsas müxalifət partiyasının lideri Alberto Nunez Feycu televiziya debatında qarşılaşıblar.

Turkustan.az xəbər verir ki, debatda korrupsiya qalmaqalları, mənzil böhranı, bu il ölkədə baş verən qatar qəzaları və xüsusilə Seutada yaşanan immiqrasiya böhranı əsas müzakirə mövzuları olub.

Hakim Sosialist İşçi Partiyasının (PSOE) lideri Sançez və müxalifətdəki sağçı Xalq Partiyasının rəhbəri Feycu seçkilərə 10 gün qalmış televiziya debatında üz-üzə gəliblər.

Son səkkiz ildir İspaniyaya rəhbərlik edən Sançez və Feycu ölkənin baş nazir postu uğrunda mübarizə aparan iki əsas namizəddir. Onlar İspaniya demokratiyası tarixində keçirilən səkkizinci televiziya debatında iştirak edən siyasi liderlər olublar.

Aytən Yaşar/Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью