İspaniya fəlakət bölgəsinə əlavə qoşun göndərir

04.11.2024

Publika.az saytına istinadən Icma.az xəbər verir.

İspaniya hökuməti daşqından zərər çəkmiş bölgələrə daha çox əsgər göndərəcək.

Publika.az xəbər verir ki, yerli sakinlər arasında təbii fəlakətlə mübarizə aparılması ilə bağlı artan narazılıq səbəbindən bu qərara gəlinib.

İspaniya ordusu xəsarət alanlara və ehtiyacı olanlara yardım etmək üçün həftəsonu təxminən 5 000 əsgər göndərib. Daha 2 500 nəfər onlara qoşulacaq.

Xilasedicilər cəsədlərin axtarışı, yeraltı dayanacaq və qarajların təmizlənməsi üçün dron və su nasoslarından istifadə edirlər.

Xatırladaq ki, İspaniyada daşqınların dağıdıcı nəticələrinə görə 217 nəfər həyatını itirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью