Idmanxeber.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
UEFA Millətlər Liqasında ikinci finalçı müəyyənləşib.
İdmanxeber.az xəbər verir ki, ikinci yarımfinalda son Avropa çempionu İspaniya millisi ilə Fransa yığması qarşılaşıb.
Qapılara 9 qolun vurulduğu fantastik qarşılaşmada rəqibinə minimal fərqlə qalib gələn ispanlar adlarını finala yazdırıblar – 5:4.
Xatırladaq ki, İspaniya həlledici matçda Portuqaliya komandası ilə üz-üzə gələcək.