İspaniya Futbol Federasiyası Hansi Flikin apellyasiya şikayətini RƏDD ETDİ

22.10.2025

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İspaniya Futbol Federasiyası “Barselona”nın baş məşqçisi Hansi Flikə göstərilən qırmızı vərəqə ilə bağlı apellyasiya şikayətini rədd edib.

İdman.Biz xəbər verir ki, bu səbəbdən alman mütəxəssisin bir oyunluq cəzası qüvvədə qalıb.

Hansi Flik qarşıdakı ən vacib matçda - “Real"la “El-Klasiko” görüşündə texniki zonada - ehtiyat oyunçular skamyasında əyləşə bilməyəcək.

Qeyd edək ki, “Barselona”nın baş məşqçisi İspaniya çempionatının IX turunun “Jirona” ilə oyununda (2:1) qırmızı vərəqə alıb.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью