İspaniya hava məkanını ABŞ və İsrail təyyarələri üçün bağladı

30.03.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İspaniya ABŞ və İsrailin İrana qarşı başlatdığı "Epik Qəzəb" əməliyyatında iştirak edən təyyarələr üçün öz hava məkanını bağlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "El Pais" məlumat yayıb.

Məlumata görə, Madrid administrasiyası yalnız Rota (Kadis əyaləti) və Moron-de-la-Frontera (Sevilya əyaləti) bazalarından hücumlarda iştirak edən qırıcı və ya yanacaqdoldurma təyyarələrinin istifadəsini qadağan etməklə kifayətlənməyib.

Eyni zamanda, Böyük Britaniya və ya Fransa kimi üçüncü ölkələrdə yerləşən ABŞ hərbi hava vasitələrinin də İspaniya hava məkanına daxil olmasına icazə verilməyib.

Qadağanın yeganə istisnası fövqəladə hallardır, belə məqamlarda təyyarələrin hava məkanından keçidinə və ya enişinə icazə verilə bilər.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью