Icma.az, Qol.az saytına istinadən bildirir.
İspaniya ilə matçı buraxa bilərlər
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Fransa millisinin müdafiəçiləri Vilyam Saliba və Dayo Upamekano DÇ-2026-nın yarımfinalı öncəsi komandanın məşqində iştirak etməyiblər.
QOL.az xəbər verir ki, "Mundo Deportivo" nəşrinin məlumatına görə, hər iki futbolçu səhhətində yaranan problemlərə görə ehtiyat məqsədilə fərdi proqram əsasında çalışıb.
Qeyd edək ki, Saliba daha əvvəl dünya çempionatı zamanı bel nahiyəsindəki ağrılar səbəbindən oynamağın onun üçün çətin olduğunu bildirmişdi. Upamekanonun məşqi buraxma səbəbi isə açıqlanmayıb.
Xatırladaq ki, Fransa millisi iyulun 14-də DÇ-2026-nın yarımfinalında İspaniya ilə qarşılaşacaq.