İspaniya İngiltərəni məğlub etdi Millətlər Liqası

27.09.2026

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

UEFA Millətlər Liqasının A Liqasının 3-cü qrupunda İngiltərə və İspaniya milli komandaları üz-üzə gəlib.

Redaktor.az xəbər verir ki, gərgin və məhsuldar keçən qarşılaşmada İspaniya səfərdə İngiltərəni 3:2 hesabı ilə məğlub edərək vacib üç xal qazanıb.

Görüşə daha sürətli başlayan İspaniya artıq 2-ci dəqiqədə hesabı açıb. Lamin Yamal rəqib müdafiəsinin boşluğundan istifadə edərək komandasını önə keçirib.

İngiltərə erkən buraxılan qoldan sonra oyunda tarazlığı bərpa etməyə çalışıb. Meydan sahiblərinin səyləri 36-cı dəqiqədə nəticə verib. Cud Bellinqemin ötürməsindən sonra Entoni Qordon fərqlənərək hesabı 1:1 edib.

İlk hissənin sonlarına yaxın İngiltərə daha bir dəfə qol vurub. 40-cı dəqiqədə Harri Keyn Niko O'Reylinin məhsuldar ötürməsini qola çevirərək meydan sahiblərini 2:1 hesabı ilə önə keçirib.

İkinci hissədə isə qarşılaşmanın gedişi yenidən dəyişib. İspaniya hücumlarını artırıb və 60-cı dəqiqədə hesabı bərabərləşdirib. Dani Olmonun ötürməsindən sonra Alexandro Baena dəqiq zərbə ilə topu qapıdan keçirib.

İspaniya bununla kifayətlənməyib. 74-cü dəqiqədə Alexandro Baena bu dəfə assist müəllifi olub. Onun ötürməsini Mikel Oyarzabal dəqiq tamamlayaraq hesabı 3:2 edib.

Qalan dəqiqələrdə İngiltərə hesabı bərabərləşdirmək üçün hücumlar təşkil etsə də, İspaniya müdafiədə rəqibinə imkan verməyib və matçı qələbə ilə başa vurub.

Beləliklə, İspaniya 3:2 hesablı qələbə ilə səfərdən üç xalla qayıdıb.

Matçın əsas statistikası

İngiltərə – İspaniya: 2:3

Qollar:

0:1 – Lamin Yamal, 2-ci dəqiqə 1:1 – Entoni Qordon, 36-cı dəqiqə (Cud Bellinqem) 2:1 – Harri Keyn, 40-cı dəqiqə (Niko O'Reyli) 2:2 – Alexandro Baena, 60-cı dəqiqə (Dani Olmo) 2:3 – Mikel Oyarzabal, 74-cü dəqiqə (Alexandro Baena)

Topa sahibolma: İngiltərə – 47%, İspaniya – 53%

Dəqiq zərbələr: İngiltərə – 5, İspaniya – 5

Qarşılaşmada İngiltərə millisinin futbolçuları Marc Guehi, Niko O'Reyli və Cud Bellinqem sarı vərəqə ilə cəzalandırılıb.

Turan ASLAN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью