İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib

25.05.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

İspaniya hökuməti İsrailə silah satışına embarqo tətbiq edilməsinin tərəfdarıdır.
APA xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Xose Manuel Albarez bildirib.

“Hamı silah tədarükünə embarqo tətbiq etməlidir. İsrailə silah satışı qəbulolunmazdır”, – nazir qeyd edib.

Albarez Avropa İttifaqı ilə İsrail arasında mövcud olan assosiasiya sazişinin dayandırılmasına da çağırıb.
O qeyd edib ki, bu addım Qəzza zolağında hərbi əməliyyatlar dayandırılmadığı təqdirdə atılmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью