İspaniya istidən bişir Ölənlərin sayı artır

20.08.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

İspaniyada isti hava şəraiti davam edir.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, mayın 15-dən avqustun 18-dək ölkədə yüksək temperatur səbəbindən 2635 ölüm halı qeydə alınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 40% çoxdur.

Ölüm hadisələrinin təxminən yarısı – 1149 nəfər - avqustun 3-dən 18-dək davam edən isti günlərdə baş verib.

Məlumata görə, istilərdən dünyasını dəyişənlərin əksəriyyəti 65 yaşdan yuxarı şəxslərdir. Ölənlərdən 1579 nəfəri qadın, 1056 nəfəri isə kişidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью