Icma.az, Bizimyol saytına istinadən bildirir.
Bizimyol.info xəbər verir ki, bundan əvvəl Antonio Tayani Seutadakı miqrasiya böhranının bütün Avropanın milli təhlükəsizliyi üçün risk yarada biləcəyini əsas gətirərək, İspaniya ilə Şengen sazişinin müvəqqəti dayandırılması ideyasını dəstəkləmişdi.
"Bu cür bəyanat tərəfdaş və dost ölkənin xarici işlər nazirinə yaraşmır. Biz ondan Avropa həmrəyliyi gözləyirik. Buna görə də İtaliyanın səfirini XİN-ə çağırdım", – deyə Albares "X" sosial şəbəkəsində yazıb.
İspaniya KİV-inin məlumatına görə, son bir həftə ərzində 1,5 mindən çox miqrant üzərək Mərakeşdən İspaniyanın muxtar şəhəri Seutaya keçib, digərləri isə bu məsafəni piyada qət ediblər. Başqa mənbələr isə muxtar şəhərə daxil olanların sayının 20 min nəfərə çata biləcəyini bildirir. Rəsmi qurumlar hələlik dəqiq rəqəmləri açıqlamayıb.
Miqrasiya böhranı fonunda İspaniya hakimiyyəti Seutada təhlükəsizliyin təmin olunmasına dəstək məqsədilə hərbçiləri bölgəyə cəlb etmək qərarına gəlib. İyulun 31-də İspaniyanın Baş naziri Pedro Sançes və daxili işlər naziri Fernando Qrande-Marlaska Seutaya səfər edəcəklər.
Bizimyol.info