İspaniya KİV: Azərbaycan İspaniya Superkuboku oyununa ev sahibliyi etmək istəyib

28.10.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan İspaniya Superkubokunu keçirmək üçün təklif verən ölkələr arasında olub.

İdman.Biz xəbər verir ki, İspaniya Kral Futbol Federasiyasının (RFEF) baş direktoru Manuel Lalinde bu barədə “MARCA” və “DAZN” tərəfindən təşkil olunan forumda danışıb.

Onun sözlərinə görə, 2027-ci ildə turnirin keçirilməsi üçün ABŞ, Çin, Azərbaycan, Mərakeş və Qətərdən təkliflər alınıb. İspaniya Superkubokunun ənənəvi ev sahibi olan Səudiyyə Ərəbistanında gələn il Asiya Kuboku keçiriləcəyi üçün yarışın başqa ölkədə təşkili nəzərdən keçirilib.

Lakin 2027-ci il İspaniya Superkubokunun İstanbulda keçirilməsi qərara alınıb. Yarımfinal oyunları fevralın 2-də və 3-də, final isə fevralın 6-da baş tutacaq.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью