sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Xetafe" "Mançester Yunayted"in keçmiş cinah oyunçusu Ceydon Sançonun transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, hazırda azad agent statusunda olan 26 yaşlı ingilis futbolçu, təkbətək mübarizədəki bacarıqlarına görə İspaniya klubunun baş məşqçisi Pepe Bordalasın diqqətini çəkib.
Madrid təmsilçisi bu transferi reallaşdırmaq imkanlarını nəzərdən keçirir.
Əsas maneə futbolçunun təxminən 4 milyon avro təşkil edən maaşıdır. Bu məbləğ "Xetafe"nin maliyyə imkanlarını aşır.
Qeyd edək ki, "Xetafe" bir neçə gün öncə "Real" keçmiş müdafiəçisi Daniel Karvahalı "rənglərinə bağlayıb".