İspaniya klubuna qayıtdı

12.10.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

İspaniya La Liqasında ard-arda alınan uğursuz nəticələrdən sonra “Osasuna” rəhbərliyi texniki heyətdə dəyişikliyə əl atıb.

Futbolpress.az xəbər verir ki, Pamplona təmsilçisi oktyabrın 12-də baş məşqçi Luis Migel Ramisi istefaya göndərərək onun yerinə Xaqoba Arrasateni gətirdiyini açıqlayıb. 48 yaşlı mütəxəssislə 2029-cu ilin iyun ayına qədər qüvvədə olacaq müqavilə imzalanıb.

Klub rəhbərliyinin bu addımı atmasına oktyabrın 11-də “Betis”ə qarşı keçirilən və 2:5 hesablı məğlubiyyətlə başa çatan matç səbəb olub. Avqust ayından bəri qələbə qazanmağı bacarmayan “Osasuna” son beş çempionat görüşündə dörd dəfə meydandan məğlub ayrılıb, bir dəfə heç-heçə edib və La Liqanın turnir cədvəlində 16-cı pilləyə kimi geriləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью