İspaniya klubunda yeni baş məşqçi

18.12.2024

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Valyadolid”in yeni baş məşqçisinin adı açıqlanıb.

Komandanı bundan sonra Dieqo Kokka çalışdıracaq. İspaniya klubunun mətbuat xidmətinin məlumatına görə, argentinalı mütəxəssislə imzalanan müqavilənin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.
52 yaşlı məşqçinin sonuncu iş yeri ötən il çalışdırdığı Meksika yığması olub.
Qeyd edək ki, “Valyadolid” rəhbərliyi uğursuz nəticələrə görə Paulo Pessolanonu istefaya göndərmişdi. Komanda hazırda La Liqada 17 oyuna 12 xalla 19-cu yeri tutur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью