İspaniya klubunun baş məşqçisi vəzifəsindən ayrılacaq | Icma.az
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
İspaniyanın "Osasuna" klubunun baş məşqçisi Visente Moreno mövsüm başa çatandan sonra vəzifəsindən ayrılacaq.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Football Espana" məlumat yayıb.
Ötən yay La Liqa komandasının "sükanı arxasına" keçən mütəxəssislə bağlanan müqavilənin müddəti cari mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, “Osasuna” 35 turdan sonra 45 xalla La Liqanın turnir cədvəlində 10-cu yerdə qərarlaşıb.
"Cebheinfo.az" Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu