İspaniya klubunun futbolçusu karyerasını Argentinada davam etdirəcək

17.01.2025

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İspaniyanın "Atletik" (Bilbao) klubunun yarımmüdafiəçisi Ander Herrera karyerasını Argentinada davam etdirəcək.

"Report" xəbər verir ki, "Boka Xuniors" 35 yaşlı ispaniyalı futbolçunu azad agent kimi heyətinə qatıb.

O, 2026-cı ilin sonuna qədər "Boka Xuniors"un şərəfini qoruyacaq.

Qeyd edək ki, A.Herrera cari mövsüm bütün turnirlərdə 14 matçda iştirak edib. O, daha əvvəl PSJ (Fransa), "Mançester Yunayted" (İngiltərə) və "Saraqosa" (İspaniya) kimi klublarda çıxış edib.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью