İspaniya klubunun növbəti mövsüm üçün yeni baş məşqçisi bəlli olub

05.05.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 5 may, AZƏRTAC

İspaniyanın “Atletik” (Bilbao) komandasının yeni baş məşqçisi məlum olub.

AZƏRTAC xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, La Liqa təmsilçisinə növbəti ildən Edin Terziç rəhbərlik edəcək.

43 yaşlı almaniyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Bilbao klubunu hazırda Ernesto Valverde çalışdırır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью