İspaniya klubunun stadionu polis itlərinin təlimi üçün istifadə olunur

13.10.2025

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İspaniyanın “Betis” klubu yeni stadionun tikintisinə başlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, “Benito Vilyamarin” adlanan köhnə arena sökülür, yaxınlıqda yenisi tikilir. Lakin yeni stadion da köhnənin adını daşıyacaq.

Bu arada, İspaniya hökuməti hazırda bərbad vəziyyətdə olan köhnə futbol stadionundan polis itlərinin məşq meydançası kimi istifadə etmək qərarına gəlib. İtlər dağıdıcı zəlzələ zamanı dağıntılar altında insanları axtarmaq üçün öyrədilirlər.

Hələlik “Betis” ev oyunlarını Qvadalkivir çayında bir adada yerləşən “Estadio de la Cartuja” stadionunda keçirir.

Xatırladaq ki, “Betis”in stadionu 1929-cu ildə inşa olunub. Azarkeş tutumuna görə İspaniyanın dördüncü arenası olan “Benito Vilyamarin” DÇ-1982-nin iki, Avro-1984-ün isə bir oyununa ev sahibliyi edib. İspaniyada millisi burada keçirdiyi 15 matçdan 13-də qalib gəlib, ikisində uduzub.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью