İspaniya klubunun yarımmüdafiəçisi karyerasını PSJdə davam etdirə bilər

29.12.2024

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Dani Olmo karyerasını Fransada davam etdirə bilər.

"Report"un "Sport.es"ə istinadən məlumatına görə, PSJ-nin baş məşqçisi Luis Enrike İspaniya yığmasının 26 yaşlı üzvünü heyətə cəlb etmək niyyətindədir.

"Barselona" futbolçunu La Liqada mövsümün qalan hissəsi üçün qeydiyyatdan keçirməkdə problemlə üzləşib. Onun qeydiyyat müddəti dekabrın 31-də başa çatacaq.

Qeyd edək ki, D.Olmo "Barselona"dakı ilk mövsümündə bütün turnirlərdə keçirdiyi 15 matçda 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью