İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

01.08.2026

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İspaniya Kralı VI Filipp Afrikanın şimal sahilində yerləşən, kütləvi miqrant axınının baş verdiyi Seuta muxtar şəhərindəki miqrasiya böhranı ilə bağlı narahatlığını və narazılığını ifadə edib. 
Bizim.Media xəbər verir ki, bu barədə "EFE" agentliyi məlumat yayıb.
Monarx muxtar şəhərlərin təhlükəsizliyinin təmin edilməsinin və analoji vəziyyətlərin təkrarlanmasının qarşısının alınmasının vacibliyini vurğulayıb. O, həmçinin Seuta və Melilya sakinlərinə İspaniyanın digər bölgələrinin dəstəyini nümayiş etdirəcək tədbirlərin görülməsinin zəruriliyini qeyd edib.
Şimali Afrika ərazisində yerləşən İspaniya anklavı Seutanın sərhədini təxminən 50 min Mərakeş əsilli şəxs yarıb keçib. Miqrantlar həm quru, həm də dəniz marşrutlarından istifadə ediblər.
Kütləvi insan axını yerli hakimiyyət orqanları üçün həddindən artıq böyük olduğundan İspaniya silahlı qüvvələri cəlb etmək məcburiyyətində qalıb. Bu gərginlik Madrid və Roma arasında diplomatik qarşıdurmaya səbəb olub.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью