İspaniya kralı yenidən Valensiyadakı daşqın zonasına baş çəkib

19.11.2024

Icma.az xəbər verir, Operativ MM saytına əsaslanaraq.

İspaniya kralı VI Filipp və həyat yoldaşı Letisiya daşqınlardan zərər çəkmiş əraziləri ziyarət etmək üçün Valensiyaya gediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “24 Horas” telekanalı məlumat yayıb.

Onlar yerli sakinlərlə görüşüblər, onların problemlərini dinləyiblər.

Kralın daha iki yaşayış məntəqəsinə baş çəkəcəyi gözlənilir.

Xatırladaq ki, noyabrın 3-də VI Filipp həyat yoldaşı, baş nazir Pedro Sançes və Valensiya Muxtar İcmasının Nazirlər Kabinetinin rəhbəri Karlos Meysonla birlikdə ölkənin şərqində daşqınlardan zərər çəkmiş ərazilərə baş çəkib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью