İspaniya Kuboku: 1/16 final mərhələsinin püşkatma mərasimi keçirilib | Icma.az
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. İspaniya Kubokunda 1/16 final mərhələsinin püşkü atılıb.
Oxu.Az xəbər verir ki, La Liqanın nəhəngləri "Real Madrid"lə "Barselona"nın da rəqibləri bəlli olublar.
Öncədən müəyyənləşdiyi kimi hər iki klubun rəqibi 4-cü divizion təmsilçisi olub.
Məsələ ondadır ki, təşkilatçılar Superkubokun dörd iştirakçısı - "Real Madrid", "Barselona", "Atletik" və "Malyorka"nı ayrı səbətdə yerləşdirib və onların hər birinə 4-cü diviziondan komanda düşüb.
"Real Madrid" "Minera", "Barselona" isə "Barbastro" ilə qarşılaşacaq.
Bir matçdan ibarət olacaq görüşlər aşağı dəstə təmsilçilərinin meydanında keçiriləcək.
1/16 final oyunları 2025-ci il yanvarın 4-5-də baş tutacaq. Qeyd edək ki, "Barselona" 2024-cü ilin yanvarında da "Barbastro" ilə qarşılaşıb
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu