İspaniya Kuboku: Real Madrid səfərdən qələbə ilə qayıdır

27.02.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniya Kral Kubokunda ikinci yarımfinal matçı baş tutub.

Oxu.Az xəbər verir ki, "Real Madrid" səfərdə "Real Sosyedad"ın qonağı olub.

Qarşılaşmanın taleyini 1 qol həll edib. Endrik 19-cu dəqiqədə fərqlənərək "Kral klubu"na qələbə qazandırıb - 0:1.

Qeyd edək ki, cütlüyün cavab matçı aprelin 1-də keçiriləcək.

Xatırladaq ki, ilk yarımfinal görüşündə "Barselona" Madrid "Atletiko"su ilə 4:4 hesablı bərabərliyə razılaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью