İspaniya Kubokunu “Barselona” qazandı Video

27.04.2025

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün İspaniya Kral Kubokunun final matçı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, həlledici görüşdə “Barselona” “Real”la qarşılaşıb.

Matç Kataloniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesabı “Barselona”dan Pedri açıb. İkinci yarıda madridlilər ardıcıl iki qol vurublar. Öncə Kilian Mbappe, ardınca Orelyan Çuameni fərqlənib. Matçın sonlarında Ferran Torresin qolu ilə hesab bərabərləşib və oyunda əlavə vaxt oynanılıb.

Əlavə vaxtın ikinci hissəsində katalonların futbolçusu Kunde oyunda son nöqtəni qoyub. 

Bununla da, “Barselona” 32-ci dəfə İspaniya Kubokunun qalibi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью