Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İspaniya Kral Futbol Federasiyası ölkədəki daşqın səbəbindən ötən həftə təxirə salınan oyunları yenidən təxirə salıb.
"Unikal" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Belə ki, oktyabrın 30-da keçirilməli olan "Parla Eskuela" - "Valensiya" və "Pontevedra" - "Levante" görüşləri 6 və 7 noyabra təxirə salınmışdı.
Lakin bu matçların vaxtı yenidən dəyişdirilib. "Parla Eskuela" - "Valensiya" oyunu 26 noyabrda təşkil olunacaq.
Həmçinin “Manises” - “Xetafe” qarşılaşması da 26 noyabrda keçiriləcək.
"Egea" -"Herkules" oyunu 14 noyabrda, "Pontevendra" - "Levante" görüşü isə 19 noyabrda keçiriləcək.
"Jove" - "Real Sosyedad" matçının tarixi isə daha sonra müəyyənləşəcək.