İspaniya kurortunda qaldırıcı qırıldı: Onlarla turist xəsarət aldı

18.01.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

İspaniyada, Pireney adalarının şimalında yerləşən Astun xizək kurortunda azı 30 nəfər xəsarət alıb.

Oxu.Az "Pais" qəzetinə istinadən xəbər verir ki, bu, qaldırıcının qırılması nəticəsində baş verib.

Məlumata görə, ölən olmayıb. Yaralılar xəstəxanaya aparılıb, onlardan 17-si ağır vəziyyətdədir.

İspaniyanın qonşu bölgələrindən olan həkimlər əlavə dəstək göstərmək üçün kurorta gəliblər.

Qəzanın səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb. Bununla belə, hadisənin qaldırıcının təkərlərindən birinin qırılması nəticəsində baş verdiyi ehtimalı var.

Qeyd edək ki, Astun xizək kurortu 1976-cı ildə açılıb. O xizək sürməyə üstünlük verənlər arasında İspaniyanın ən məşhur yerlərindən biri hesab olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью