Icma.az, Missiya.az portalına istinadən məlumat verir.
İspaniya çempionatının bu gün keçirilən 8-ci turu çərçivəsində "Sevilya" "Barselona"nı darmadağın edib.
Sevilyadakı görüş 4:1 hesabı ilə başa çatıb. Qaliblərin qollarına İsaak Romero, Xose Fernandes, Akor Adams və Aleksis Sançez (penalti) imza atıblar. "Barselona"nın heyətində Markus Raşford qol vurdu, Robert Levandovski də penaltini qaçırıb.
Qeyd edək ki, bu nəticə ilə "Barcelona" turnir cədvəlinin ikinci pillədində qalıb və lider "Real"-dan iki xal geri qalır.
Missiya.Az