İspaniya La Liqası: Atletiko Madrid səfərdə uduzdu

15.05.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniya La Liqasının 36-cı turu çərçivəsində "Osasuna" doğma meydanda "Atletiko Madrid"i qəbul edib.

Oxu.Az xəbər verir ki, "El-Sadar" stadionunda keçirilmiş oyun ev sahiblərinin qələbəsi ilə başa çatıb - 2:0.

"Osasuna"dan qolları Katena və Budimir vurublar.

Aktivində 48 xalı olan "Osasuna" turnir cədvəlində doqquzuncu yerdə qərarlaşıb. Madrid təmsilçisi isə 70 xalla üçüncüdür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью