Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İspaniya La Liqasının 19-cu turunda “Atletiko” doğma meydanda “Malyorka” üzərində böyükhesablı qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, Madrid klubu rəqibini 3:0 hesabı ilə məğlub edib.
Görüşdə Aleksander Serlot və Tyaqo Almadanın qolları, eləcə də David Lopesin avtoqolu qeydə alınıb.
Bu nəticə ilə Dieqo Simeonenin komandası La Liqada məğlubiyyətsiz seriyanı davam etdirib. “Atletiko” son beş oyunda dörd qələbə və bir heç-heçə əldə edib, 44 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
“Malyorka” isə son dörd qarşılaşmada üçüncü məğlubiyyətini alıb. 21 xala malik olan ada təmsilçisi hazırda 16-cı yerdədir.