İspaniya La Liqası: Barselona Sevilya nı məğlub etdi Video

20.09.2026

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İspaniya La Liqasının VII turunda "Barselona" səfərdə "Sevilya"nı 3:1 hesabı ilə məğlub edib.

Oxu.Az xəbər verir ki, qarşılaşma Sevilyadakı "Ramon Sançes Pisxuan" stadionunda keçirilib.

Meydan sahibləri 19-cu dəqiqədə Yusuf Fofananın qolu ilə hesabı açıblar. Üç dəqiqə sonra Rafinya hesabı bərabərləşdirib.

Braziliyalı hücumçu 52-ci dəqiqədə ikinci qolunu vuraraq "Barselona"nı önə keçirib. Rafinya 69-cu dəqiqədə het-trik edərək qarşılaşmada son nöqtəni qoyub - 3:1.

Bu qələbədən sonra yeddi oyunda 21 xal toplayan "Barselona" La Liqanın turnir cədvəlinə başçılıq edir. "Sevilya" isə 13 xalla beşinci pillədə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью