İspaniya La Liqası: Barselona son dəqiqədə güldü, Atletiko Madrid üzüldü

20.04.2025

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İspaniya La Liqasında 32-ci tur davam edir.

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə 4 matç baş tutub.

Lider "Barselona"ya "Selta"nı yenmək üçün 4 qol vurmaq lazım gəlib. Qələbə qolu 90+8-ci dəqiqədə qeydə alınıb. "Atletiko Madrid" isə matça əlavə olunan dəqiqələrdə buraxdığı qolla "Las Palmas"a uduzub.
"Rayo Valyekano" – "Valensiya" və "Malyorka" – "Leqanes" görüşlərdə isə qalib müəyyənləşməyib.

İspaniya La Liqası
32-ci tur
18 aprel

Espanyol Xetafe 1:0
Qol: Kumbulla, 39.

19 aprel

Rayo Valyekano – Valensiya 1:1
Qollar
: Tarreqa, 45-öz qapısına – U.Sadiq, 75.

Barselona – Selta 4:3
Qollar
: F.Torres, 12. D.Olmo, 64. Rafinya, 68; 90+8-pen – B.İqlesias, 15; 52; 62.

Malyorka – Leqanes 0:0

Las Palmas – Atletiko Madrid 1:0
Qol: X.Munyos, 90+3.

20 aprel

16:00. Valyadolid – Osasuna
18:15. Vilyarreal – Real Sosyedad
20:30. Sevilya – Alaves
23:00. Real Madrid – Atletik

21 aprel

23:00. Jirona – Betis

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью