İspaniya La Liqası: Real Madrid lider Barselona ilə xalları bərabərləşdirdi

09.03.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

İspaniya La Liqasının 27-ci turunda "Real Madrid" həmyerliləri "Rayo Valyekano"nu qəbul edib.

Oxu.Az xəbər verir ki, "Real" 2:1 hesabı ilə qalib gəlib.

Matçda hesabı 30-cu dəqiqədə "Real"ın hücumçusu Kilian Mbappe açıb. 34-cü dəqiqədə Vinisius Junior meydan sahiblərinin ikinci qolunu vurub. 45+2-ci dəqiqədə Pedro Dias bir qola imza atıb.

Keçirilən 27 matçdan sonra "Real" 57 xalla "Barselona" ilə birgə liderlik edir. "Rayo Valyekano" isə eyni sayda oyundan sonra 36 xalla yeddinci yerdədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью