İspaniya La Liqası: Sevilya nın baş məşqçisi istefaya göndərildi

14.04.2025

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İspaniya La Liqanın təmsilçisi "Sevilya" klubu baş məşqçi Qarsiya Pimientanı istefaya yollayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə klub açıqlama verib.

Bildirlib ki, mövsümün əvvəlində baş məşqi təyin olunan 50 yaşlı ispan məşqçi ilə yollar ayrılıb: "Ona bu müddətdə göstərdiyi xidmətə görə təşəkkür edirik"

Xatırladaq ki, La Liqada son 4 oyununda məğlub olan "Sevilya" 31 həftədən sonra 36 xalla 13-cü pillədə qərarlaşıb.

Fərid ASLAN

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью