İspaniya lider oldu, Uruqvay qrupda qaldı DÇ 2026

27.06.2026

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

DÇ-2026-nın final mərhələsinin H qrupunda mübarizəyə yekun vurulub.

Sportal.az xəbər verir ki, sonuncu turda İspaniya millisi Uruqvayla üz-üzə gəlib. Qarşılaşma Luis De La Fuentenin komandasının minimal hesablı qələbəsi ilə başa çatıb. Xallarını 7-yə yüksəldən İspaniya yığması qrupu lider tamamlayıb. 2 xalı olan Uruqvay isə qrup üçüncüsü olub və turnirlə vidalaşıb.

Qrupun digər görüşündə Kabo-Verde Səudiyyə Ərəbistanı seçməsi ilə qarşılaşıb. Burada qolsuz bərabərlik qeydə alınıb. Afrika təmsilçisi 3 xalla qrupda 2-ci yeri tutub və adını pley-offa yazdırıb. Səudiyyə Ərəbistanı millisi isə qrupu sonuncu pillədə başa vurub. Onlar 2 xal toplayıblar.

Uruqvay - İspaniya 0:1
Qol: Aleks Baena, 42

Kabo-Verde - Səudiyyə Ərəbistanı 0:0

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью