İspaniya liqasından “Sabah”a

11.08.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Sabah” basketbol klubu litvalı forvard Mindauqas Suşinskasın transferini rəsmiləşdirib.

Futbolpress.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidmətindən məlumat yayıb.

204 sm boya malik 29 yaşlı oyunçu ilə 2 illik müqavilə bağlanılıb.

O, karyerası ərzində Litvanın “Alitus Dzukiya”, “Prenay”, Almaniyanın “NINERS Çemnits” və İspaniyanın “Basket Xirona” komandalarında oynayıb.

M. Suşinskas Almaniya klubunda çıxış etdiyi vaxt FIBA Avropa Kubokunda hər oyuna orta hesabla 11,3 xal, 4 ribaund və 2,5 məhsuldar ötürmə göstəriciləri ilə diqqət çəkib. Təcrübəli basketbolçu son 3 mövsümü İspaniya yüksək liqasında keçirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью