Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İspaniya Kral Futbol Federasiyası (RFEF) milli komandanın baş məşqçisi Luis de la Fuente ilə yeni müqavilə imzalayıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, RFEF prezidenti Rafael Lusananın sözlərinə görə, 65 yaşlı mütəxəssislə əməkdaşlıq 2030-cu ilə qədər davam edəcək. De la Fuentenin əvvəlki müqaviləsinin müddəti 2028-ci ildə başa çatmalı idi.
Luis de la Fuente 2022-ci ildən İspaniya millisinin baş məşqçisidir. Onun rəhbərliyi altında yığma dünya çempionatının, Avropa çempionatının və Millətlər Liqasının qalibi olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)