İspaniya məğlubiyyətsizlik seriyasını 29 oyuna çatdırıb

15.10.2025

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İspaniya millisi DÇ-2026-nın seçmə mərhələsində Bolqarıstan millisini 4:0 hesabı ilə məğlub edərək məğlubiyyətsizlik seriyasını 29 matça (yoldaşlıq oyunları istisna olmaqla) çatdırıb.

İdman.Biz bildirir ki, həmin görüşlərdə “La Furia Roha” 24 qələbə qazanıb, beş heç-heçə edib.

İspaniya Visente del Boskenin rəhbərlik etdiyi 2010-2013-cü illər arasında da 29 matçlıq məğlubiyyətsizlik seriyasına nail olub.

Del Boskenin rəhbərliyi altında yığma 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionu olub.

Luis de la Fuente 2023-cü ilin yanvarından İspaniya millisini çalışdırır. Onun rəhbərliyi altında İspaniya “Avro 2024”ün qalibi olub.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью