Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İspaniya məhkəməsi ölkənin Baş naziri Pedro Sançesin qardaşı David Sançes barəsində hökm çıxararaq, onu 9 il müddətinə dövlət qulluğunda vəzifə tutmaq hüququndan məhrum edib.
XQ xəbər verir ki, bu barədə İspaniyanın nüfuzlu "El Mundo" qəzeti məlumat yayıb.
Məhkəmənin qərarına əsasən, David Sançes yerli əyalət şurasında rəhbər vəzifəyə təyin olunarkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinib.
Məlumata görə, oxşar hökmlər bu iş üzrə keçən digər şəxslər – Badaxos əyalət şurasının keçmiş rəhbəri və Ekstremadura bölgəsində sosialistlər partiyasının keçmiş regional lideri Migel Anxel Qalyardo, eləcə də David Sançesin yaxın dostu Luis Karrero barəsində də çıxarılıb. Onlar da analoji olaraq dövlət qulluğundan kənarlaşdırılıblar.