İspaniya mətbuatı: Çempionlar Liqasının finalı Bakıda yox, Madriddə keçiriləcək

20.03.2025

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün Madrid və Bakı şəhərlərinin mübarizə apardığı finalın ev sahibi ilə bağlı qərar verib.

Sportal.az “Marca”ya istinadən xəbər verir ki, final görüşünün Madridə həvalə edilməsi qərara alınıb və final "Atletiko"nun evi olan “Riyadh Air Metropolitano” stadionunda keçirələcək.

Bunu İspaniya Kral Futbol Federasiyasının rəhbəri Rafael Luzan deyib. 

Maraqlıdır ki, 2027-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi etmək üçün son təkliflərin təqdim olunma müddəti dünən, martın 19-da başa çatmışdı.

Lakin Bakı öz təklifini geri götürməyib. UEFA-nın may ayına qədər yekun qərarını verəcəyi gözlənilmirdi.
 

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью