İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02.12.2025

Icma.az bildirir, sport24.az portalına istinadən.

"Real"ın baş məşqçisi Xabi Alonsonun klubdakı perspektivi qarşıdakı 3 oyundan asılıdır. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. 

"Nə qədər dramataik səslənsə də qarşıdakı 10 gün Alonsonun taleyini həll edə bilər. Komanda istənilən nəticəni qazana bilməsə baş məşqçi işini itirəcək. Növbəti on gündə "Real" La Liqada Bilbao "Atletik"i və "Selta" Çempionlar Liqasında isə "Mançester Siti" ilə qarşılaşacaq.

Qeyd edək ki, "Real" ardıcıl üç oyundu heç-heçə edir. "Kral klubu" hazırda La Liqada lider "Barselona"dan bir xal geridə qalaraq ikinci yerdədir. Çempionlar Liqasında isə beşinci pillədə qərarlaşıb. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью