Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İspaniya millisi rəsmi matçlarda məğlubiyyətsiz oyunlar seriyasını 39-a çatdıraraq dünya rekordunu yeniləyib.
QOL.az xəbər verir ki, Luis de la Fuentenin komandası Millətlər Liqasının A Liqasının 1-ci turunda səfərdə İngiltərəni 3:2 hesabı ilə məğlub edib.
Bununla da İspaniya rəsmi matçlarda ardıcıl 39-cu oyununda məğlub olmayıb. Komanda özünə məxsus əvvəlki rekordu da yeniləyib. İspaniya ötən yay 38 rəsmi oyundan ibarət məğlubiyyətsiz seriya ilə rekorda sahib olmuşdu.
İspaniya sonuncu dəfə 2023-cü ilin martında rəsmi oyunda əsas vaxtda məğlub olub. AVRO-2024-ün seçmə mərhələsində Şotlandiyaya 0:2 hesabı ilə uduzan ispanlar bundan sonra keçirdikləri 39 rəsmi matçın heç birində məğlubiyyət yaşamayıb.
Əvvəlki rekord İtaliya millisinə məxsus olub. İtalyanlar 2018-ci ilin sentyabrından 2021-ci ilin oktyabrına qədər 37 rəsmi oyunda məğlub olmayıblar.
Qeyd edək ki, Luis de la Fuente İspaniya millisinin baş məşqçisi kimi 51-ci oyununa çıxıb. Onun rəhbərliyi altında komanda 41 qələbə qazanıb, 7 heç-heçə edib və 3 dəfə məğlub olub. Məğlubiyyətlər Şotlandiya (0:2), Kolumbiya (0:1) və 2025-ci il UEFA Millətlər Liqasının finalında Portuqaliyaya (2:2, penaltilər seriyasında 3:5) qarşı qeydə alınıb.