İspaniya millisi “Barselona”ya çevrilir: 11 kataloniyalı oyunçu, 8 akademiya yetişdirməsi

04.08.2025

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Tamamilə "Barselona"nın futbolçularından ibarət İspaniya millisinin hipotetik heyətinin yer aldığı paylaşım sosial mediada populyarlıq qazanıb. 

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, start heyətində La Masiya yetişdirmələri - Lamin Yamal, Pedri, Qavi, Fermin Lopes və başqaları, həmçinin Balde, Ferran Torres və Dani Olmo kimi katalonların əsas oyunçuları daxildir. Məşqçi Luis de la Fuente.

11 oyunçudan yalnız 8-i “Barselona” Akademiyasının məzunudur ki, bu da klubun İspaniya futboluna təsirini vurğulayır.

Azarkeşlər artıq bu heyətə “çempion” adını veriblər və millinin qarşıdakı oyunlarında da buna bənzər bir şey görməyi tələb edirlər.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью