İspaniya millisi Futsal Finalissima turnirinin qalib olub

09.11.2026

Icma.az bildirir, sport24.az portalına istinadən.

Oktyabrın 6-dan 8-dək Braziliyanın Niteroy şəhəri ikinci "Futsal Finalissima" turnirinə ev sahibliyi edib. Sport24.az xəbər verir ki, yarış "dördün finalı" formatında təşkil olunub.

Kubok uğrunda mübarizədə 2026-cı il UEFA Futzal Çempionatı və 2026-cı il KONMEBOL Futzal Amerika Kubokunun (Copa América de Futsal) finalçıları iştirak ediblar

Turnir qaydalarına əsasən, yarımfinallarda Avropanın son çempionu İspaniya Portuqaliya ilə, həmin il Futzal Amerika Kubokunun qalibi olan Braziliya isə Argentina ilə qarşılaşıb. Bu format finalda müxtəlif konfederasiyaları təmsil edən komandaların iştirakını təmin etmək məqsədi daşıyıb.

Hər iki yarımfinalın taleyi penaltilər seriyasında həll olunub. Braziliya Argentinanı (1:1, penaltilərlə 5:4), İspaniya isə Portuqaliyanı (2:2, penaltilərlə 8:7) məğlub edib.

Ötən gün üçüncü yer uğrunda oyun və final qarşılaşması baş tutub. Bürünc medallar uğrunda keçirilən görüşdə Argentina Portuqaliyanı 3:1 hesabı ilə məğlub edib. 

Finalda isə Avropa təmsilçisi üstün olub: İspaniya Braziliyaya 3:0 hesabı ilə qalib gəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью