İspaniya millisi öz rekordunu yenilədi

19.11.2024

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Futbol üzrə İspaniya millisi öz rekordunu yeniləyib.

Bakıvaxtı.az xəbər verir ki, son Avropa çempionu buna Millətlər Liqasının qrup mərhələsinin VI turunda İsveçrəni məğlub etməklə (3:2) nail olub.

Komanda 2024-cü ildə yoldaşlıq matçları da daxil olmaqla keçirdiyi 17 görüşün 14-də qalib gəlib.

Daha əvvəl yığmanın ən yaxşı göstəricisi 2010-cu ildə dünya çempionu olduğu vaxta təsadüf edib. İspaniya həmin dönəmdə 17 qarşılaşmanın 13-də meydandan qələbə ilə ayrılıb.

Qeyd edək ki, ispanlar son olaraq 2024-cü il martın 23-də Kolumbiyaya yoldaşlıq oyununda yenilib - 0:1.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью